logo

Bibiheybət yolunda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

13:14 10-01-2020 | icon 2051
Bibiheybət yolunda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bibiheybət yolunda hərəkət istiqaməti dəyişdiriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) YeniAvropa-ya  bildirilib ki, bunun üçün yanvarın 10-11-də sözügedən ərazidə AAYDA-nın və Bakı Nəqliyyat Agentliyinin birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Nişanlanma və xətlənmə işləri bitdikdən sonra ötən il dekabrın 31-də şəhər istiqaməti üzrə açılan 2 hərəkət zolağından birinin yalnız avtobuslar üçün ayrılması nəzərdə tutulur. Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı problem aradan qaldırılmış olacaq.