logo

Cəlilabad sakinindən 4 kq-dan artıq heroin götürülüb

12:49 10-01-2020 | icon 2163
Cəlilabad sakinindən 4 kq-dan artıq heroin götürülüb

Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Orxan Vəkilzadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq şöbənin O.Vəkilzadənin Cəlilabad rayonundakı Ə.Məmmədov küçəsində yerləşən evinin həyətindəki saxlanc yerinə baxış zamanı üç bağlamada gizlətdiyi 4 kiloqram 0,7 qram heroin və bir elektron tərəzi aşkarlanıb.

İlkin araşdırma zamanı O.Vəlizadə həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan əvvəldən tanıdığı İran vətəndaşından satmaq məqsədilə aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq əməliyyat tədbirləri davam etdirilir.