logo

Sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb

11:30 10-01-2020 | icon 574
Sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır.

YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aparılan müşahidələr zamanı sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb.

Monitorinq və araşdırmalar davam etdirilir.