logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

11:15 10-01-2020 | icon 1981
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 40 cinayətin üstü  “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.