logo

Deputatlığa namizəd bir saniyə çıxış üçün 65 manat ödəyəcək

22:10 09-01-2020 | icon 2492
Deputatlığa namizəd bir saniyə çıxış üçün 65 manat ödəyəcək

Milli Məclisə seçkilərdə deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatına qoşulan KİV-lərin siyahısı açıqlanıb.

 YeniAvropa xəbər verir  ki, siyahıda televiziya kanallarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) adı yer alıb.

Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat (1 dəqiqə üçün 1320 manat), bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır (1 dəqiqə üçün 3900 manat). 

İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır. 

Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir. 

Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq. 

Ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və 1 televiziya müraciət edərək qeydiyyatdan keçib.