logo

Azərbaycan millisi Bolqarıstana da udusdu

19:59 09-01-2020 | icon 3157
Azərbaycan millisi Bolqarıstana da udusdu

Yanvarın 9-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində növbəti oyununu keçirib.

YeniAvropa xəbər verir  ki, millimiz Niderlandın Apeldorn şəhərində Bolqarıstan yığması ilə qarşılaşıb. Görüş bolqarıstanlı voleybolçuların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, millimiz ilk oyununda Niderlanda məğlub olub -0:3.

Səkkiz ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa milliləri ilə birgə mübarizə aparır. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz güclərini sınayırlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.

Qeyd edək ki, millimiz qrupda sonuncu oyununu yanvarın 10-da Polşaya qarşı keçirəcək.