logo

Rusiya vətəndaşı İranda İslam dinini qəbul edib

17:29 09-01-2020 | icon 2527
Rusiya vətəndaşı İranda İslam dinini qəbul edib

Rusiya vətəndaşı Anna Lyaxova İranın Qum şəhərində İslam dinini qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, A.Lyaxova 2 il ərzində İslam haqqında kitablar oxuyub və Quran oxumağı öyrənib.

O bildirib ki, İranda 2 dəfə ezamiyyətdə olub. Bu ölkəyə üçüncü səfəri zamanı İslam dinini qəbul etmək qərarına gəlib.

Qeyd edək ki, ötən il Fransa vətəndaşı Moren Blassen və italiyalı Alessandro Fersino da İranda İslamı qəbul ediblər.