logo

Serbiya ilin sonunadək “Türk axını” təbii qaz boru kəmərinə qoşulacaq

17:05 09-01-2020 | icon 2513
Serbiya ilin sonunadək “Türk axını” təbii qaz boru kəmərinə qoşulacaq

Serbiya ilin sonuna kimi “Türk axını” təbii qaz boru kəmərinə qoşulacaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç İstanbulda keçirilmiş “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimindən sonra media nümayəndələrinə açıqlamasında deyib.

Prezident bildirib ki, “Türk axını” ölkəsi üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Serbiya gələcəkdə sərmayələr cəlb edə, iqtisadi yüksəliş yaşaya bilər. Habelə ölkə bu boru kəməri vasitəsilə daha ucuz qaz alacaq.

A.Vuçiçin ehtimalına görə, boru kəməri cari ilin ikinci yarısında Serbiyanın qaz şəbəkəsi ilə birləşəcək.

Hər biri 15,75 milyard kubmetr təbii qaz tutumuna malik iki xətdən ibarət “Türk axını” xüsusilə Avropanın cənubunda yerləşən ölkələr üçün vacib layihədir. Bu layihə ilə Rusiyanın təbii qazı ilk dəfə olaraq Türkiyədən keçməklə Avropaya çatdırılacaq.