logo

Türkiyədə 177 kq narkotik maddə ələ keçirilib

16:28 09-01-2020 | icon 2373
Türkiyədə 177 kq narkotik maddə ələ keçirilib

Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsindəki gömrük-keçid məntəqəsində saxlanılan qoşqulu yük avtomobilində 177 kiloqram narkotik maddə müəyyən edilərək götürülüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ticarət Nazirliyinin Gömrük Mühafizə Xidmətindən verilən məlumata əsasən, avtomobil Türkiyə ərazisinə Yunanıstandan daxil olub. Ələ keçirilən narkotik maddənin dəyərinin 10 milyon 600 min lirə (3 milyon manatdan çox) olduğu bildirilir.

Avtomobilin sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.