logo

Azərbaycan millisi Olimpiya Təsnifat Turnirində ikinci oyununa çıxır

16:09 09-01-2020 | icon 3031
Azərbaycan millisi Olimpiya Təsnifat Turnirində ikinci oyununa çıxır

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində ikinci oyununa çıxacaq.

YeniAvropa xəbər verir  ki, millimiz Niderlandın Apeldorn şəhərində Bolqarıstan yığması ilə qarşılaşacaq. Görüşün baş hakimi çexiyalı Vlastimil Kovar olacaq. Ona Bosniya və Herseqovinadan olan Sinisa Ovuka kömək edəcək.

Millimiz ilk oyununda Niderland yığmasına 0:3 hesabı ilə məğlub olub.

Səkkiz ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri güclərini sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet əldə edəcək.