logo

ATƏT-in yeni sədri prioritetlərini açıqlayıb

15:10 09-01-2020 | icon 2135
ATƏT-in yeni sədri prioritetlərini açıqlayıb

Yanvarın 9-da ATƏT-in Vyanada yerləşən baş katibliyində təşkilatın yeni sədri, Albaniyanın baş naziri Edi Ramanın inauqurasiya mərasimi keçirilib.

YeniAvropa xəbər verir  ki, mərasimdə çıxış edən E.Rama ölkəsinin sədrliyi dövrü üçün hədəflərini açıqlayıb. Qeyd edib ki, Albaniya sədrliyi dövründə diqqəti ATƏT-in siyasi öhdəliklərinə yönəldəcək, münaqişə və post-münaqişə bölgələrində fəaliyyəti gücləndirməyə, Paris Xartiyasının 30 illiyi ərəfəsində dialoqu möhkəmləndirməyə çalışacaq.

Vurğulanıb ki, Albaniya 2020-ci ildə Ukraynada və digər münaqişə bölgələrində sülhün bərqərar olmasına səy göstərəcək, qadınlara qarşı zorakılıq, insan qaçaqmalçılığı, qeyri-tolerantlıq və nifrətin yayılması, korrupsiyaya qarşı mübarizə sahələrinə xüsusi diqqət ayıracaq.

Sədr çıxışında iştirakçı ölkələr arasında, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla dialoqun inkişafı, parlament diplomatiyasının genişləndirilməsi, həmçinin təşkilatdaxili məsələlərə toxunub.

Baş Nazir bildirib ki, kommunist rejimini arxada qoyan Albaniya üçün ATƏT-ə ilk dəfə sədrlik etmək ölkə tarixində mühüm əhəmiyyət daşıyan hadisədir.