logo

Şəmkirdə 17 yaşlı qız itkin düşüb

11:29 09-01-2020 | icon 2072
Şəmkirdə 17 yaşlı qız itkin düşüb

Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, boyu 167 santimetr olan, arıq bədən quruluşlu X.Həsənovanın gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə, həmçinin 022 305 28 02 şəhər və (055) 235 76 06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş edilir.