logo

Paytaxtda  daha bir piyadanı maşın vurdu

23:12 08-01-2020 | icon 2219
Paytaxtda  daha bir piyadanı maşın vurdu

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yanvarın 7-də saat 19 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Abbasov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ofeliya Bağırovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.