logo

Elza yenə də deputat olmaq istəyir

20:53 08-01-2020 | icon 2310
Elza yenə də deputat olmaq istəyir
Əməkdar artist Elza Seyidcahan da 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
YeniAvropa xəbər verir  ki, bu barədə müğənni öz sosial şəbəkə hesabında xəbər paylaşıb. O, 2015-ci ildə olduğu kimi, namizədliyini yenə də 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb.
Elza  namizədliyinin Dairə Seçki Komissiyası tərəfindən artıq qeydə alındığını sevinclə paylaşıb.