logo

Lerik sakinindən 2 kq-dək marixuana götürülüb

17:55 08-01-2020 | icon 2191
Lerik sakinindən 2 kq-dək marixuana götürülüb

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonu ərazisində Qışlaq kənd sakini M.Yəhyayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobildən 40 qramdan artıq marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun evindən isə 1 kiloqram 610 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.