logo

İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib

15:30 08-01-2020 | icon 2198
İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev yanvarın 8-də Ukraynanı prezidenti Vladimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".