logo

İlham Əliyev İran prezidentinə başsağlığı verib

14:50 08-01-2020 | icon 2219
İlham Əliyev İran prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"