logo

Paytaxtda quldurluq törədən şəxs saxlanılıb

14:11 08-01-2020 | icon 2030
Paytaxtda quldurluq törədən şəxs saxlanılıb

Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Nəbiyev yanvarın 7-də R.Rüstəmov küçəsində yerləşən ev alqı-satqısı ofisində paytaxt sakini Ə.Məmmədovun onu bıçaqla hədələyib 500 manatını və mobil telefonunu aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Ə.Məmmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.