logo

Zelenski təyyarənin qəzasına görə  Omana səfərini təxirə salıb

12:09 08-01-2020 | icon 2121
Zelenski təyyarənin qəzasına görə  Omana səfərini təxirə salıb

Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda Ukrayna Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Omana səfərini təxirə salıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Ukrayna prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Vladimir Zelenski təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına başsağlığı verib. Prezident həlak olanların siyahısının tutulduğunu bildirib.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi qısa müddətdə qəzaya uğrayıb. İlkin məlumatlara görə, Kiyevə getmək üçün İmam Xomeyni beynəlxalq aeroportundan havaya qalxan təyyarə qısa müddət sonra qəzaya uğrayıb. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.