logo

İranda güclü zəlzələ olub

10:53 08-01-2020 | icon 238
İranda güclü zəlzələ olub

İranın Buşehr şəhərində güclü zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, zəlzələ səhər saatlarında 4,7 bal gücündə baş verib. Zəlzələnin mərkəzi şəhər yaxınlığında yerin 10 kilometr dərinliyində yerləşib.

Dağıntılar barəsində hələlik məlumat verilmir.

Qeyd edək ki, İranın nüvə stansiyası və tədqiqat mərkəzi bu şəhərdə yerləşir.