logo

Pərviz Şahbazov “Türk axını”nın rəsmi açılışında iştirak edəcək

10:33 08-01-2020 | icon 2555
Pərviz Şahbazov “Türk axını”nın rəsmi açılışında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimində iştirak məqsədilə Türkiyəyə səfər edib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, bu gün İstanbulda keçiriləcək mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə yanaşı, bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq.

Xatırladaq ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Kəmərin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənub və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 milyard kubmetrdir.