logo

 Nuşirəvan Səfərovun “vurulması"nın əsl səbəbi bəlli olub

21:18 07-01-2020 | icon 2170
 Nuşirəvan Səfərovun “vurulması"nın əsl səbəbi bəlli olub

Bu gün təqaüdə göndərilən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun “vurulmasının” əsl səbəbi bəlli olub.

YeniAvropa xəbər verir  ki, onun bu yüksək postdan uzaqlaşdırılması təkcə yaş senzi ilə bağlı olmayıb. Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə idarədə kompleks yoxlamalar keçirilib. Yoxlamalar nəticəsində xeyli ciddi qanun pozuntuları aşkarlanıb, maddi sübutlar götürülüb. Məsələn, aşkar olunub ki, rəisin və alay komandiri Rəşadət Babayevin otaqlarında şəhərə nəzarət edən qeyri-qanuni müşahidə kameraları var. Bu qurğuları idarə edən şəxslərin adları isə heç bir rəsmi sənəddə yoxdur.

Məlumatda bildirilir ki, yoxlamanın nəticələri yaxın günlərdə elan ediləcək. Həmin vaxt idarədə yüksək vəzifədə olan daha bir neçə nəfərin işdən uzaqlaşdırılacağı bildirilir.

Qeyd edək ki, yoxlamalar həmçinin Baş Dövlət Yol Polisi İdarəsində aparılır. İdarənin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlunun vəzifəsindən azad edilməsi bardə qərar da bu yoxlamalar vaxtı verilib.( “Bakupost”)