logo

Vladimir Putin İstanbulda “Türk axını”nın açılışında iştirak edəcək

18:58 07-01-2020 | icon 2317
Vladimir Putin İstanbulda “Türk axını”nın açılışında iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

 YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Vladimir Putin yanvarın 8-də İstanbulda “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimində iştirak edəcək. Səfər çərçivəsində İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə Suriya və Liviyadakı vəziyyəti müzakirə edəcək.

Sabah həmçinin , Türkiyə və Rusiya nümayəndə heyətləri iki ölkələr arasında əməkdaşlığın inkişafı və beynəlxalq gündəlikdəki müxtəlif mövzular barədə də müzakirələr aparacaqlar.