logo

İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq”ın sədri təyin etdi

16:59 07-01-2020 | icon 224
İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq”ın sədri təyin etdi

Prezident İlham Əliyev  yanvarın 7-də  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədrinin təyin edilməsi haqqında 
sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin". 

Prezidentin imzaladığı digər bir sərəncamla Vüqar Əhmədov “Azərişıq” ASC-nin sədr müavini vəzifəsindən azad edilib.