logo

SOCAR Ukraynadakı YDM-lərin sayını 63-ə çatdıracaq

15:10 07-01-2020 | icon 2541
SOCAR Ukraynadakı YDM-lərin sayını 63-ə çatdıracaq

SOCAR şirkəti 2020-ci ildə Ukraynanın Kiyev, Xarkov və Dnepr şəhərlərində yeni yanacaqdoldurma komplekslərini açacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”dən məlumat verilib.

Qeyd edilib ki, artıq Kiyev və Xarkov şəhərlərində yeni yanacaqdoldurma kompleksləri üçün tikinti işlərinə başlanılıb. Yanvarın sonlarından isə Dneprdə tikinti işlərinə start veriləcək.

Yeni komplekslərin üstün cəhəti onların xüsusi dizaynla müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir.

Hazırda SOCAR-ın Ukrayna şəbəkəsində 60 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir ki, bunun 13-ü də Kiyev vilayəti ərazisinə düşür.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks, 2 yağ bunkerçisi daxildir. Onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.