logo

Zaqatalada narkotacir saxlanılıb

13:11 07-01-2020 | icon 2387
Zaqatalada narkotacir saxlanılıb

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya  verilən məlumata görə, narkotik vasitələrin saxlanılması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş 42 yaşlı Rəşad Hünərbəri polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 62,27 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.