logo

ABŞ BMT TŞ-nın iclasına gəlmək üçün Zərifə viza vermədi

11:32 07-01-2020 | icon 2478
ABŞ BMT TŞ-nın iclasına gəlmək üçün Zərifə viza vermədi

Rəsmi Vaşinqton İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

YeniAvropa xəbər verir  ki, bu barədə “Röyters” amerikalı məmura istinadən məlumat yayıb.

Məlumata görə, XİN rəhbəri yanvarın 9-da BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka sefer edəcəkdi. Amerika tərəfi Zərifə öncədən viza versə də, sonradan bundan imtina edib.

Xarırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. Zərif ABŞ-ı generalı Süleymaninin qətlinə görə qınayıb. Bundan əlavə, İran prezidenti Həsən Ruhani və müdafiə naziri Əmir Xatəmi Vaşinqtondan qisas alınacağına və bu yüksək səviyyəli hərbi liderin ölümünə görə sarsıdıcı cavab veriləcəyinə vəd verib.