logo

Bu həftə ilin ilk Ay tutulması baş verəcək

10:52 07-01-2020 | icon 2170
Bu həftə ilin ilk Ay tutulması baş verəcək

2020-ci ildə ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Qeyd edilib ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə ediləcək.