logo

Türkiyənin bir çox əyalətlərində dərslər dayandırılıb

23:15 06-01-2020 | icon 1183
Türkiyənin bir çox əyalətlərində dərslər dayandırılıb

Türkiyəyə yağan güclü qar bəzi əyalətlərdə dərslərin dayandırılmasına səbəb olub.

 YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi şəhər mərkəzlərində və rayonlarda milli və özəl rəsmi və qeyri-rəsmi təhsil müəssisələri, xüsusi təhsil və reabilitasiya mərkəzləri, xüsusi təhsil kursları və digər dövlət qurumları, eləcə də məktəbəqədər təhsil müəssisələrində bir günlük tətil elan edilib.

Hətta bəzi rayonlarda nəqliyyatın da fəaliyyəti bir günlük dayandırılıb.