logo

Kəlbəcərin icra başçısı deputat olmaq istəyir

19:11 06-01-2020 | icon 2513
Kəlbəcərin icra başçısı deputat olmaq istəyir

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etdiyi sabahdan məzuniyyətə çıxacaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə Aqil Məmmədov özü məlumat verib.  Qeyd edib ki, onun namizədliyi 123 saylı Kəlbəcər Seçki Dairəsindən  hakim YAP tərəfindən irəli sürülüb və artıq namizədliyi qeydə alınıb.

İcra başçısı qeyd edib ki, yanvarın 7-dən etibarən məzuniyyətə çıxacaq:“Sabahdan etibarən öz hesabıma məzuniyyətə çıxıram. Bu müddətdə icra başçısı səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edəcək”.(Modern.az)