logo

Prezident Vahid Novruzovu ordenlə təltif edib

16:53 06-01-2020 | icon 2296
Prezident Vahid Novruzovu ordenlə təltif edib

Prezident İlham Əliyev yanvarın 6-da Vahid Novruzovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: "Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Vahid  Novruzov 7 yanvar 1950-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunda qulluqçu ailəsində anadan olub. 

1996-cı ilin aprel ayından Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına sədr vəzifəsinə təyin olunub. İqtisad elmləri doktoru, professordur.