logo

Hacıqabulda keçmiş məhkumlardan narkotik vasitə götürülüb

15:29 06-01-2020 | icon 1946
Hacıqabulda keçmiş məhkumlardan narkotik vasitə götürülüb

Hacıqabulda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Daxil olan məlumat əsasında Hacıqabul rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci taqımının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Nuriyev, Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Kamal Xəlilov və Razi Cəfərov saxlanılıblar.

R.Cəfərovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 325,6 qram olan qurudulmuş marixuana, Elçin Nuriyevin üzərindən ümumi çəkisi 21 qram və Kamal Xəlilovun üzərindən ümumi çəkisi 19 qram olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.