logo

Tehranda Qasım Süleymani ilə vida mərasimi keçirilir

11:10 06-01-2020 | icon 847
Tehranda Qasım Süleymani ilə vida mərasimi keçirilir

Bu gün Tehranda bombardman nəticəsində həlak olan general Qasım Süleymani ilə vida mərasimi keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  vida mərasimi Tehran universitetində təşkil olunub.

Hazırda universitetin ətrafına 100 mindən çox insan toplanıb. Mərasimdə İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi, Prezident Həsən Ruhani və digər rəsmi şəxslər iştirak edirlər. Tehranın mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb və yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilir. Yerli KİV nümayəndələri ilə yanaşı, Tehranda akkreditasiya olunaraq fəaliyyət göstərən xarici ölkələrin jurnalistləri də mərasimi işıqlandırırlar. İranın dövlət televiziyası mərasimi canlı yayımlayır. Vida mərasimindən sonra vəsiyyətinə uyğun olaraq generalın nəşi doğulduğu Kirman şəhərinə aparılaraq orada dəfn ediləcək.