logo

Tbilisidə Avropa Şurası Xarici İşlər Nazirlərinin görüşü keçiriləcək

18:44 05-01-2020 | icon 357
Tbilisidə Avropa Şurası Xarici İşlər Nazirlərinin görüşü keçiriləcək

May ayında Tbilisidə Avropa Şurası Xarici İşlər Nazirlərinin növbəti toplantısı keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda Gürcüstan Avropa Şurasına sədrlik edir. Presedur qaydalarına əsasən, sədrlik dövründə ölkədə bir sıra analoji tədbirlər keçiriləcəkdir.

Avropa Şurası XİN başçılarının görüşü və müzakirə olunacaq məsələlər qurumun baş katibliyi ilə dəqiqləşdirildikdən sonra ictimaiyyətə açıqlanacaq.