logo

Voleybolçularımız Niderdlandda  “Tokio-2020”ə lisenziya uğrunda yarışacaqlar

16:23 05-01-2020 | icon 399
Voleybolçularımız Niderdlandda  “Tokio-2020”ə lisenziya uğrunda yarışacaqlar

Yanvarın 7-dən 12-dək  Niderlandın Apeldorn şəhərində “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçuların Avropa Olimpiya təsnifat turniri keçiriləcək.

YeniAvropa xəbər verir  ki, turnirdə iştirak etmək üçün Azərbaycan milli komandası bu gün  təlim-məşq toplanışında olduğu Polşadan Niderlanda yollanıb.

Qeyd edək ki, ötən il dekabrın 25-də Bakıda başlayan hazırlıq prosesi bu gün Polşada yekunlaşıb. Komandamız Polşada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşa millisi qalib gəlib. Yığmamız Polşadan əvvəl Türkiyədə də hazırlıq keçib. Millimiz qonşu ölkədə “Fənərbağça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.

Xatırladaq ki, Apeldornda "Tokio-2020"yə vəsiqə əldə etmək üçün 8 ən yaxşı komanda mübarizə aparacaq. Bu “səkkizlik” sonuncu Avropa çempionatının nəticələrinə əsasən müəyyənləşib. Milli komandamız qitə birinciliyini 10-cu yerdə başa vursa da, Yay Olimpiadasına artıq vəsiqə qazanmış Rusiya, Serbiya və İtaliyanın ön sıralarda qərarlaşması voleybolçularımızın Apeldorna yolunu açıb.

Nəticədə turnirdə yeganə lisenziyaya Azərbaycan və meydan sahibi Niderland yığmaları ilə yanaşı, Türkiyə, Almaniya, Bolqarıstan, Polşa, Belçika və Xorvatiya iddia edəcəklər.