logo

Sabirabadda  "Jiquli" piyadanı vurub öldürdü

11:45 05-01-2020 | icon 609
Sabirabadda  "Jiquli" piyadanı vurub öldürdü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki,  hadisə  yanvarın 4-də axşam saatlarında Sabirabad rayon mərkəzində baş verib.

“VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlunu vurub. Rayonun Kürkənd kəndinin sakini olan Müşviq Vəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.