“Nissan”ın sabiq rəhbərinin ölkəndən gizli yolla qaçmasının detalları açıqlandı
Yaponiya kütləvi-informasiya vasitələri “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun ölkəni gizli yolla tərk etməsinin detallarını açıqlayıb.
YeniAvropa yerli "NHK" telekanalına istinadla xəbər verir ki, içərisində K.Qonun olduğu güman edilən baqaj “Kansay” beynəlxalq aeroportunda introskopla müvafiq yoxlamadan keçməyib. Bildirilir ki, VIP şəxslərin şəxsi təyyarələrinin baqajı təyyarə kapitanının razılığı ilə bir çox hallarda yoxlmadan keçmir. Bundan əlavə, Osakadan İstanbula uçan təyyarənin göyərtəsində interoskopa yerləşmədiyinə görə yoxlamadan keçməyən böyük baqaj olduğu da təsdiq edilib.
NHK telekanalı şahidlərə istinadla təyyarənin göyərtəsində hündürlüyü bir metrdən çox bir neçə baqajın olduğu barədə məlumat yayıb ki, K.Qonun da onlardan birinin içərisində qaçdığı güman edilir.
Xatırladaq ki, “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri K.Qon 2018-ci ilin noyabrında öz gəlirlərini vergidən gizlətmək ittihamı ilə həbs edilib. Onun 2010-2017-ci illərdə bu yolla təqribən 71 milyon dollar gəliri vergidən yayındırdığı bildirilir. Bundan əlavə, K.Qonun fərdi investisiyaları zamanı dəymiş zərəri şirkətin hesabına ödədiyi də güman edilir.
Ötən ilin yazında onun vəkilləri 15 milyon dollar girov müqabilində K.Qonun ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılmasına nail ola biliblər. 2020-ci ilin aprelində keçirilməsi planlaşdırılan məhkəmə iclasınadək onun Yaponiyanı tərk etməsi qadağan olunsa da, K.Qon dekabrın 30-da Livana qaça bilib.
K.Qonun qaçışının tam təsvirini yaradan NHK telekanlının məlumatına əsasən, o, dekabrın 29-da Tokionun mərkəzindəki evindən çıxıb. Onun həmin gün saat 23 radələrində “Kansay” aeroportundan şəxsi təyyarə ilə Yaponiyanın tərk etdiyi bildirilir. Həmin təyyarə dekabrın 29-da səhər Dubaydan Osakaya gəlib. K.Qonun yerli vaxtla səhər saat 5-də İstanbula çatdığı, saat yarımdan sonra oradan başqa şəxsi təyyarə ilə Livana uçduğu qeyd edilir.
Yanvarın 4-də Türkiyə məhkəməsi K.Qonun qaçışı ilə bağlı beş nəfərin həbsi barədə order verib. Həmin şəxslərə qarşı insanların qeyri-qanuni daşınması ittihamı irəli sürülüb. Bununla yanaşı, Livan tərəfi K.Qonun ölkəyə qanuni yolla gəldiyini bildirir.
Hazırda Yaponiya polisi K.Qona ölkəni tərk etməyə yardım göstərən şəxsləri axtarır. Bu məqsədlə onun evində axtarışlar da təşkil edilib.
İlkin ehtimallara görə, K.Qona ABŞ-a və Livana məxsus iki mühafizə şirkətinin yardım etdiyi bildirilir.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub