logo

Sumqayıtda məmur  külli miqdarda vəsaitlə yoxa çıxıbı

20:36 04-01-2020 | icon 2212
Sumqayıtda məmur  külli miqdarda vəsaitlə yoxa çıxıbı

Sumqayıtda “Nəqliyyat” MMC-nin rəhbəri yoxa çıxıb.

YeniAvropa xəbər verir  ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.

Onun rəhbəri olduğu  MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında "Nəqliyyat" MMC-dən bildirilib bildirilib ki, X.Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.