logo

Məmmədyarov Zəriflə telefonda bölgədəki vəziyyətdən danışıb

19:45 04-01-2020 | icon 2205
Məmmədyarov Zəriflə telefonda bölgədəki vəziyyətdən danışıb

Yanvarın 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ilə telefonla danışıb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb, Telefon söhbəti zamanı nazirlər bölgədə vəziyyətin gərginləşməsinə səbəb olan son hadisələri müzakirə ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır.

Nazir E.Məmmədyarov general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verib.