logo

2066 nəfər deputatlığa iddialıdan hələlik 285 nəfəri qeydə alınıb

14:51 04-01-2020 | icon 2156
2066 nəfər deputatlığa iddialıdan hələlik 285 nəfəri qeydə alınıb

Cari il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 2066 nəfər müraciət edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda açıqlama verib.

 Onun sözlərinə görə, həmin namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

 “Müraciət edən 2066 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub. Onlardan 1903 nəfəri imza vərəqələrini artıq götürüb, 580 nəfəri qaytarıb, 285 nəfər isə qeydə alınıb”, - deyə M.Pənahov bildirib.