logo

Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 21-ə çatıb

11:51 04-01-2020 | icon 2324
Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 21-ə çatıb

Fevralın 9-na Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 21-ə çatıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə  Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib. İclasda həmçinin, Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi də qeydə alınıb. 

Qeyd edək ki, bundan əvvəl 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.