logo

Həqiqi hərbi xidmətə çağırış başlayıb

10:48 04-01-2020 | icon 2240
Həqiqi hərbi xidmətə çağırış başlayıb

Azərbaycanda nöövbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. 

YeniAvropa xəbər verir  ki, hərbi xidmətə çağırış prezident İlham Əliyevin ötən il noyabrın 26-da imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama uyğun olaraq həyata keçirilir.

Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları dünəndən başlayaraq yanvarın 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da ötən gündən etibarən yanvarın 30-dək ehtiyata buraxılacaqlar.