logo

İranda üç günlük matəm elan olunub

20:57 03-01-2020 | icon 280
İranda üç günlük matəm elan olunub

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ölkədə üç günlük matəm elan edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Əli Xamneyi, həmçinin general İsmayil Kiyanini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Əl-Qüds” bölməsinin komandanı təyin edib.

Bu gün Tehran ilə yanaşı, İranın digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları general Qasım Süleymaninin qisasının alınmasını tələb ediblər.

Ali Rəhbər bəyan edib ki, general Q.Süleymanini qətlə yetirənlərdən mütləq qisas alınacaq.

Qeyd edək ki, “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad aeroportuna endirilən raket zərbəsi nəticəsində həlak olub. Onunla birlikdə İraqın “Əl-Xaşd əş-Şaabi” şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.