logo

Qənirə Paşayeva da sabiq bitərəf deputatlara qoşuldu

19:29 03-01-2020 | icon 2303
Qənirə Paşayeva da sabiq bitərəf deputatlara qoşuldu

Milli Məclisin buraxılmasına səs vermiş bitərəf millət vəkillərindən daha birinin-Qənirə Paşayevanın da  fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, Q. Paşayeva 4-cü dəfə 105 saylı Tovuz  Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Xatırladaq ki, Qənirə Paşayeva 2005-ci ildən(3-cü çağırış) 105 saylı Tovuz Seçki Dairəsini parlamentdə təmsil olunur. O, Milli Məclisin Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası komitələrinin üzvüdür.

Həmçinin, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətlərinin üzvüdür.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin dairədən Hüseynova Məhəbbət Müsəllim qızının namizədliyini irəli sürüb.