logo

Ağsu dolaylarında yollar buz bağlaya bilər - sürücülərə xəbərdarlıq

15:57 03-01-2020 | icon 2135
Ağsu dolaylarında yollar buz bağlaya bilər - sürücülərə xəbərdarlıq

Ötən gecədən ölkə ərazisinə yağmağa başlayan intensiv qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan və Ağsu dolaylarından keçən hissələrində, eləcə də Muğanlı-İsmayıllı yolunda daha çox müşahidə edilib.

 YeniAvropa xəbər verir  ki, yolların qardan təmizlənməsi üçün gecə saatlarından əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə duz və qum səpilərək avtomobillərin hərəkəti təmin edilib. Hazırda Ağsu dolaylarında hər iki istiqamətdə yol açıqdır. Gecə saatlarında şaxta düşərsə, sürücülərin ehtiyatlı olması tövsiyə edilir.