logo

MDB PA Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

13:10 03-01-2020 | icon 2338
MDB PA Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin monitorinqində MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri də iştirak edəcəklər.

YeniAvropa xəbər verir  ki, bu barədə  MDB İcrayyə Komitəsindən bildirilib. Qeyd edilib ki, Milli Məclisin sədri Oqtay Əsədovun müvafiq dəvəti əsasında MDB PA-da belə bir qərar qəbul edilib. 

Məlumatda qeyd edilib ki, MDB PA-nın Baş katibi - Şura katibliyinin rəhbəri Dmitriy Kobitskinin sərəncamına əsasən, MDB ölkələrində demokratiyanın, parlamentarizmin inkişafı, vətəndaşların seçki hüquqlarının təmin olunması ilə bağlı beynəlxalq institutun Bakı filialı uzunmüddətli monitorinqin hazırlıq işlərinə başlayıb.