logo

Şimal bölgəsinə qar yağıb

11:53 03-01-2020 | icon 735
Şimal bölgəsinə qar yağıb

Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, qarın hündürlüyü Qırızda 5, Təngəaltıda 3, Xınalıq kəndində isə 4 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur 9 dərəcəyədək aşağı düşüb.