logo

Parlament seçkilərinə qatılmayan bitərəf deputatların sayı 7-yə çatıb

10:10 03-01-2020 | icon 2310
Parlament seçkilərinə qatılmayan bitərəf deputatların sayı 7-yə çatıb

Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin bacısı oğlu,  “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru, sabiq deputat Kamran Nəbizadə  fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

YeniAvropa xəbər verir  ki,bununla da seçkilərdən kənarda qalan bitərəf deputatların sayı 7-yə çatıb.Belə ki, bu günədək  5-ci çağırışda Milli Məclisdə təmsil olunan 35 sabiq bitərəf deputatlardan xalq artisti Zeynəb Xanlarova, vitse-spiker Valeh Ələsgərov, xalq yazıçısı Elmira Axundova,eləcə də Flora Qasımova, Elxan Süleymanov və Mahir Aslanovun seçkilərə qatılmayacağı barədə xəbər yayılmışdı.

Daha bir bitərəf Mətbuat Şurasının sədri Əflatun Amaşovun da təkrar seçkilərə getməyəcəyi barədə məlumatlar dolaşır. Lakin hələlik bu məlumatlar hələlik nə təsdiq, nə də təkzib olunur.

Xatırladaq ki, Kamran Nəbizadənin 107 saylı Qazax seçki dairəsindən seçkilərə qatılmışdı. Bu dəfə isə həmin dairədən deputat, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov seçkilərə qatılıb. Onun namizədliyiYeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.