logo

Yeni il gecəsi villadan 400 min manatlıq seyf oğurlandı

22:38 02-01-2020 | icon 2436
Yeni il gecəsi villadan 400 min manatlıq seyf oğurlandı

Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

 YeniAvropa xəbər verir  ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.