logo

Hillari Klinton Kraliça Universitetinin rektoru təyin olunub

20:44 02-01-2020 | icon 2492
Hillari Klinton Kraliça Universitetinin rektoru təyin olunub

Hillari Klinton Şimali İrlandiyadakı Kraliça Universitetinin rektoru təyin olunub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Klinton Belfastda yerləşən 175 yaşındakı universitetə növbəti beş il ərzində rəhbərlik edəcək. O, bu universitetə təyin olunan ilk qadın rektordur.

xatırladaq ki, 42-ci ABŞ prezidenti Bill Klintonun həyat yoldaşı, 44-cü ABŞ prezidenti Barak Obama administrasiyasında Dövlət katibi olan Hillari Klinton universitetə rektor təyin edildiyi üçün məmnun olduğunu deyib.